Salyanda yük maşınları toqquşdu, xəsarət alanlar var

Salyanda yük maşınları toqquşdu, xəsarət alanlar var
  05 Aprel 2021    Oxunub:1154
Salyan rayonu ərazisində “KamAZ” markalı iki yük avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti