Yol qəzasında daha iki piyada öldü
Bildirilib ki, aprelin 6-da saat 21 radələrində Səbail rayonu ərazisində Astara rayon sakini C.Hüseynzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Bağırovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bundan başqa, aprelin 6-da saat 17 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini T.Hüseynli idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Qarayevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN