Astarada avtoxuliqanlıq edən şəxs tutulub

Astarada avtoxuliqanlıq edən şəxs tutulub
  09 Aprel 2021    Oxunub:959
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara sakini R.Fərziyev idarə etdiyi “VAZ 21063” markalı avtomobillə axşam saatlarında rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən tutulub.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan R.Fərziyev barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti