Bu barədə
Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinə müraciət edən əvvəllər məhkum olunmuş R.Nəcəfov aprelin 7-də Sərçuvar kəndi ərazisindəki kafedə naməlum şəxslərin onu döyərək baş nahiyəsinə şüşə qabla xəsarət yetirib, 1 870 manat pulunu aldıqlarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xıl kənd sakinləri H.Hüseynov və R.Nurəliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Azvision.az