Aeroport yolunda dəhşətli qəza: Ana və oğlu öldü, qızı yaralandı

  19 Aprel 2021    Oxunub : 1924
   Aeroport yolunda dəhşətli qəza:    Ana və oğlu öldü, qızı yaralandı
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.

Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az

Teqlər: Qəza   Piyada