Azərbaycan kubokunda finalçılar məlum oldu

İlk oyunda "Qarabağ"ı penaltilər seriyasında məğlub edən "Sumqayıt" klubu finala yüksəlib.
Günün digər matçında "Zirə" və "Keşlə" komandaları üz-üzə gəliblər. İlk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandası "Keşlə"yə 3:2 hesabı ilə uduzub. İki oyunun nəticəsinə əsasən, "Keşlə" finala vəsiqə qazanıb.
Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" finalı mayın 24-də keçiriləcək.
Azvision.az