XİN erməni təxribatının detallarını açıqladı

XİN erməni təxribatının detallarını açıqladı
  27 May 2021    Oxunub:1263
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılıblar.

"Ermənistan tərəfindən bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir.

Azərbaycan Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi.

Azərbaycan, Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir.

Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir. Ermənistan iki ölkənin sərhədində gərginliyin artırılmasına yönəlmiş əməllərdən çəkinməli və qonşu dövlətin sərhədlərinə hörmətlə yanaşmalıdır", - deyə XİN-in yaydığı məlumatda vurğulanıb.

Mövzu ilə bağlı oxşar xəbərlər:

Kəlbəcərdə təxribata əl atan 6 erməni hərbçisi saxlanıldı

Müdafiə Nazirliyi düşmən təxribatı ilə bağlı yeni məlumat yaydı

“İstənilən təxribatın qarşısı peşəkarlıqla alınacaq” - Şair Ramaldanov

Kəlbəcərdə saxlanılan erməni diversantların ADLARI

Azvision.az


Teqlər: XİN   Sərhəd   Təxribat  





Xəbər lenti