Kəlbəcərdə saxlanılan erməni diversantların ADLARI

Kəlbəcərdə saxlanılan erməni diversantların  ADLARI
  27 May 2021    Oxunub:2612
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədində təxribat törətməyə cəhd edərkən saxlanılan erməni diversantların adlarını açıqlayıb.

Azvision.az xəbər verir ki, saxlanılan şəxslər A.N. Abqaryan, İ.A. Sarkisyan, V.V Sarkisyan, B. S. Ohanyan, A.Q. Budoyan və V.O. Rafaelyandır. Onların müqaviləli hərbi qulluqçular olduğu bildirilib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.

Mövzu ilə bağlı oxşar xəbərlər:

Kəlbəcərdə təxribata əl atan 6 erməni hərbçisi saxlanıldı

Müdafiə Nazirliyi düşmən təxribatı ilə bağlı yeni məlumat yaydı

XİN erməni təxribatının detallarını açıqladı

“İstənilən təxribatın qarşısı peşəkarlıqla alınacaq” - Şair Ramaldanov

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kəlbəcər   Diversant  





Xəbər lenti