Arvadını öldürən hakim həbs olundu - RƏSMİ

 Arvadını öldürən hakim həbs olundu -   RƏSMİ
  01 İyun 2021    Oxunub:1485
Xəbər verildiyi kimi, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ilkin istintaqla zərərçəkmişin əri Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində iş üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən F.Əhmədov Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Oxşar mövzu:

Arvadını qətlə yetirən hakim kimdir?

Azvision.az


Teqlər: Prokurorluq   Hakim  





Xəbər lenti