Fransa səfiri jurnalistlərin həlak olmasına görə başsağlığı verdi

 Fransa səfiri jurnalistlərin həlak olmasına görə başsağlığı verdi
  04 İyun 2021    Oxunub:793
Fransanın Azərbaycandakı səfiri Zakari Qross media nümayəndələri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə minaya düşərək həlak olmasına görə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfir Tvitter hesabımda paylaşım edib.

“Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə minaya düşərək həlak olması xəbərini eşitməkdən çox üzüldüm. Onların yaxınlarına başsağlığı verirəm”.

Qeyd edək ki, bugün Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

AzTV və AzərTAc-ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular

Mina partlamasında vəzifəli şəxs də həlak olub

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ZakariQross   Fransa  





Xəbər lenti