Ərdoğan Bakıda türk hərbçilərlə görüşəcək

 Ərdoğan Bakıda türk hərbçilərlə görüşəcək
  09 İyun 2021    Oxunub:879
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin bəzi təfərrüatları məlum olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə lideri AK Partiyanın parlament qrup toplantısında bildirib.

Onun sözlərinə görə, iyunun 16-da Bakıda türkiyəli hərbçilərlə görüşəcək, daha sonra AVRO-2020 çərçivəsində Uels-Türkiyə yığmalarının oyununu izləyəcək.

Ərdoğan çıxışı zamanı qeyd edib ki, Brüsseldə NATO zirvəsinin ardınca Bakıya gələcək, həmçinin ailəsi ilə birlikdə işğaldan azad edilmiş Şuşa şəhərinə səfər edəcək.

Oxşar mövzu:

Ərdoğan Şuşaya ailəsi ilə gedəcək

Ərdoğan Bakıda Türkiyə millisinin oyununu izləyəcək

“İşğala son qoyulması bölgədə yeni dönəmin qapılarını açdı” - Ərdoğan

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ərdoğan   Şuşa  





Xəbər lenti