İlham Əliyev Xankəndi ilə bağlı fərman imzaladı

   İlham Əliyev  Xankəndi  ilə bağlı fərman imzaladı
  07 İyul 2021    Oxunub:3496
Xankəndi şəhəri yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.
Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb
Azvision.az -ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmanında bildirilib.

Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Qeyd edək ki, bundan əvvəl Xankəndi şəhəri Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Azərbaycan Prezidentinin bugünkü fərmanı ilə həmin iqtisadi rayon ləğv olunub.

Azvision.az


Teqlər:   Fərman   Xankəndi  





Xəbər lenti