Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb

   Azərbaycanda  Şərqi Zəngəzur iqtisadi rayonu  yaradılıb
  07 İyul 2021    Oxunub:2634
Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.

Azvision.az -ın xəbərinə görə, bu, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Prezidentinin Fərmanında əks olunub.
İlham Əliyev Xankəndi ilə bağlı fərman imzaladı
Fərmana əsasən, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları Şərqi Zəngəzur iqtisadi rayonunun tabeliyinə verilib.

Fərmanda qeyd olunub ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Qeyd edək ki, bundan əvvəlki bölgüdə Kəlbəcər-Laçın iqtisadi rayonu mövcud olub və Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edib.

Azvision.az


Teqlər:   Fərman   Zəngəzur  





Xəbər lenti