“Dağlıq Qarabağ” anlayışı tarixin zibilliyinə atılır” – Deputat fərmanı şərh etdi

   “Dağlıq Qarabağ” anlayışı tarixin zibilliyinə atılır” –    Deputat fərmanı şərh etdi
  07 İyul 2021    Oxunub:1328
“Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanı heç şübhəsiz ki, günün reallığından doğan bir addımdır, amma strateji hədəflidir”.
Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb
Bu sözlər millət vəkili, siyasi icmalçı Sahib Alıyevə məxsusdur. Deputat dəqiqləşdirib ki, o, “strateji hədəfli” deyərkən təkcə iqtisadiyyatı nəzərdə tutmur:
- Fikrimcə, bu Fərmanla regionlarda indikindən fərqli, bir tərəfdən daha təmərküzləşmiş, digər tərəfdən isə bələdiyyələrin rolunun qat-qat artacağı yeni bir idarəçiliyin himi qoyulur. Detallara varmadan deyim ki, Fərman həm də geosiyasi mahiyyətlidir, ikinci Qarabağ savaşının meydana çıxardığı üstünlüyün daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir.

Millət vəkilinin fikrincə, Qarabağ İqtisadi rayonunun yaradılması o deməkdir ki, bolşeviklərin "kəşf"i olan Dağlıq Qarabağ anlayışı tarixin əbədi zibilliyinə atılır. “Şərqi Zəngəzur iqtisadi rayonunun niyə yaradıldığı və nə anlam daşıdığı isə heç kəsə sirr olmasın gərək”- o, əlavə edib.

Sahib Alıyevə görə, Fərmanın məhz bu gün imzalanması da təsadüfi deyil: "Hər kəs anlamalıdır ki, Ermənistanda kimin nə yaratmasından, ona nə vəd edilməsindən asılı olmayaraq, regionda proseslər məhz beynəlxalq normalar çərçivəsində, Azərbaycanın maraqlarına uyğun şəkildə getməlidir, inşallah gedəcək də!"


Teqlər:   Zəngəzur  






Xəbər lenti