Azərbaycanda daha 127 nəfər yoluxdu

   Azərbaycanda daha 127 nəfər yoluxdu
  07 İyul 2021    Oxunub:1400
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.
4 aya koronavirusun 22 yeni mutasiyası yaranacaq - Riyazi proqnoz
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 336 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 567 nəfər müalicə olunaraq sağalıb, 4979 nəfər vəfat edib, aktiv xəstə sayı 1138 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 025, ötən müddət ərzində isə ümumilikdə 3 813 017 test aparılıb.

Azvision.az


Teqlər:   COVİD  






Xəbər lenti