Füzulidə minaya düşən şəxslərdən biri həlak olub

   Füzulidə minaya düşən şəxslərdən biri həlak olub
  08 İyul 2021    Oxunub:1114
Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşən şəxslərdən biri ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Azvision.az -a bildirib ki, minaya düşənlərdən biri Nuru Nuriyev həlak olub: "Onun meyiti ərazidən çıxarılıb. Elnur Həşimov isə minaya düşməsi nəticəsində hər iki ayağını itirib. O ərazidən çıxarılaraq xəstəxanaya təhvil verilib".

Qeyd edək ki, iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb.

Məlumata görə, Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunub.

Azvision.az



Teqlər: Mina   Füzuli  



Xəbər lenti