Arvadını öldürdü, sonra özünə xəsarət yetirdi

Arvadını öldürdü, sonra özünə xəsarət yetirdi
  09 İyul 2021    Oxunub:697
İyulun 8-i saat 17 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Xəzər Rayon Prokurorluğundan Azvision.az -a bildiriblər ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərovun ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdüyü, daha sonra həmin bıçaqla özünə xəsarət yetirdiyi müəyyən olunub.

Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Azvision.az



Teqlər: Qətl  





Xəbər lenti