Çavuşoğlu Ceyhun Bayramovu təbrik edib

   Çavuşoğlu Ceyhun Bayramovu təbrik edib
  09 İyul 2021    Oxunub:660
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə azərbaycanlı həmkarı Ceyhun Bayramovu təbrik edib.
Azvision.az xəbər verir ki, Türkiyə XİN başçısı bununla bağlı “Twitter”də paylaşım edib.

“Dəyərli qardaşım - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, - deyə M. Çavuşoğlu qeyd edib.

Azvision.az



Teqlər: MövludÇavuşoğlu   CeyhunBayramov  





Xəbər lenti