Ötən gün 51 yanğın olub

Ötən gün 51 yanğın olub
  10 İyul 2021    Oxunub:1049
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 51 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla beş nəfər, o cümlədən qeyri-çimərlik sahədə çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib, yanğınlar zamanı bir nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi cəsədi dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.

Azvision.az


Teqlər:



Xəbər lenti