Sabah 34 dərəcə isti olacaq

Sabah 34 dərəcə isti olacaq
  10 İyul 2021    Oxunub:1114
İyulun 11-ə gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.
ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə iyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteo-həssas insanlar üçün əsasən əlverişlidir.

İyulun 11-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 , gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə olacaq.

Azvision.az



Teqlər: Hava  





Xəbər lenti