ABŞ səfiri Naxçıvan nümayəndəsi ilə görüşüb

ABŞ səfiri Naxçıvan nümayəndəsi ilə görüşüb
  10 İyul 2021    Oxunub:1180
ABŞ-ın Azərbaycandakı səfir Örl Litzenberger Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.
Azvision.az bu barədə səfirliyə istinadən xəbər verir.

Məlumata görə, səfir və Bəxtiyar Əsgərov Naxçıvanın tarixi və mədəni əhəmiyyətini, respublikanın məşhur, yüksək keyfiyyətli qida və kənd təsərrüfatı məhsullarını və Naxçıvanın nəqliyyat və turizm sahəsindəki nəhəng iqtisadi potensialını müzakirə ediblər.

Diplomat Naxçıvandan daha çox tələbənin və mütəxəssisin ABŞ mübadilə proqramlarına müraciət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Tərəflər görüşlərini ABŞ və Naxçıvanın təbii gözəlliyini əks etdirən kitab mübadiləsi ilə başa vurublar.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Naxçıvan   ABŞ  



Xəbər lenti