Bakıda evdə yanğın olub

Bakıda evdə yanğın olub
  11 İyul 2021    Oxunub:1675
Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli fərdi evdə yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan üçmərtəbəli evin 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Yanğın   FHN  





Xəbər lenti