Abşeronda anbar yanıb

Abşeronda anbar yanıb
  12 İyul 2021    Oxunub:1406
Abşeron rayonunda ümumi sahəsi 125 kvadratmetr olan anbarın yanar konstruksiyaları, içərisinə yığılan hər birinin həcmi 200 litr olan 20 ədəd, hər birinin tutumu 1 ton olan 2 ədəd kimyəvi maddələr saxlanan çəlləklər və 8 ədəd əhəng kisəsi yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında istinadla xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yaxınlıqdakı tikililər və ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti