Litvalı jurnalist Vətən müharibəsi barədə film çəkəcək
Hərbi jurnalist Richards Lapaitis filmin çəkilişi zamanı Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşdüyünü, yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinlədiyini, eyni zamanda, bu film vasitəsilə erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırdığını bildirib.
Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən yeni sənədli filmin çəkilişləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonağa müharibə dövründə və müharibədən sonra Ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət, aparılan faktaraşdırıcı missiyalar barədə geniş məlumat verilib və gələcək birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Yekunda qonaq Səbinə Əliyevaya səmimi qəbula görə təşəkkürünü bildirib.
Azvision.az
Teqlər: Litva Vətən-müharibəsi