Hərbçimiz özünü güllələyib

Hərbçimiz özünü güllələyib
  13 İyul 2021    Oxunub:1166
Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Azvision.az



Teqlər: Ordu  





Xəbər lenti