"Azərbaycan deyəndə" layihəsinin təqdimatı keçirilib

"Azərbaycan deyəndə" layihəsinin təqdimatı keçirilib
  13 İyul 2021    Oxunub:1123
Gənclər və İdman Nazirliyi və MAG (Müasir Azərbaycan Gənci) verilişinin birgə təşkilatçılığı ilə "Azərbaycan deyəndə" adlı layihənin təqdimatı keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, layihənin əsas hədəfi Azərbaycan həqiqətlərinin, tariximizin, mədəni irsimizin və ölkəmizin uğurlarının beynəlxalq aləmdə təbliğində gənclərin fəal iştirakına şərait yaratmaqdır. Layihə çərçivəsində gənclərə sosial mediada işləmək sahəsində müvafiq biliklərin verilməsi və digər tədbirlərin reallaşdırılmasının da nəzərdə tutulduğunu qeyd edən İntiqam Babayev sonda hamını bu prosesdə fəal iştirak etməyə dəvət edib. Tədbirdə “Azərbaycan deyəndə" layihəsinin saytı qonaqlara təqdim olunub.

Eləcə də, “Azərbaycan deyəndə nələr edə bilərik?” mövzusunda müzakirələr aparılıb, təkliflər irəli sürülüb. Tədbirdə gənclər təşkilatlarının rəhbərləri, yaradıcı gənclər, gənc alimlər, media nümayəndələri, sosial media mütəxəssisləri iştirak ediblər.












Azvision.az



Teqlər: MAG   Layihə  





Xəbər lenti