Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  13 İyul 2021    Oxunub:856
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 784 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 413 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 159 298, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 494 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 664 747 təşkil edir.

Azvision.az



Teqlər: Vaksin   Virus  





Xəbər lenti