“Məşğulluq haqqında” qanuna dəyişiklik təsdiqləndi

“Məşğulluq haqqında” qanuna dəyişiklik təsdiqləndi
  13 İyul 2021    Oxunub:802
Azərbaycan Prezidenti İlham Əliyev “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsini təsdiq edib.
Azvision.az -ın məlumatına görə, dəyişikliyə qədər yerli özünüidarətmə orqanları ailə kəndi təsərrüfatlarını uçota aldığı gündən bir ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməyə borclu idi.

Yeni dəyişikliyə əsasən, yerli özünüidarətmə orqanının üzərindən bu öhdəlik götürülüb.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti