Kəmaləddin Heydərov Polşa səfiri ilə görüşüb
Sonra nazir K.Heydərov həmsədri olduğu Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti barədə qonağa məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə danışan nazir Polşa iş adamları, biznes dairələri və sərmayəçilərini buraya sərmayə yatırmağa dəvət edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Rafal Poborski ölkələrimizin fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq imkanlarından bəhs edib. O, həmçinin Ələt Azad İqtisadi Zonasına polşalı iş adamlarının sərmayə yatırması ilə əlaqədar dəvətin dəyərləndiriləcəyini bildirib.
Səfir Rafal Poborski işğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun sonuncu səfərində iştirakı barədə danışaraq, Polşa tərəfinin həmin ərazilərin bərpasında iştiraka hazır olduğunu, Azərbaycan və Polşa tərədaşları arasında bu istiqamətdə ticari və sərmayə əməkdaşlığı imkanlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
#
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


