Generalın xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Generalın xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib
  13 İyul 2021    Oxunub:822
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, General-Mayor Polad Həşimovun əziz xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası həyata keçirilib.
Azvision.az xəbər verir ki, Milli Qəhrəman General-Mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla Birliyin idarə heyəti və fəal üzvləri, ictimaiyyət nümayəndələri fəxri xiyabana gedərək unudulmaz Generalımız Polad Həşimovun abidəsi önünə gül çələngi qoyaraq ruhuna dualar oxuyublar. Sonra aksiya iştirakçıları Xətai rayonuna gələrək Polad Həşimov prospektində Ağacəkmə aksiyasında iştirak ediblər.



Ağacəkmə aksiyası ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək, nüqəddəs Şəhidlik zirvəsinə ucalmış, 44 günlük Vətən müharibəsinin təməl daşı, Azərbaycan gəncliyin örnək nümunəsi, hərb tariximizin ləyaqətli simalarından biri, öz məğrurluğu, hünəri ilə Azərbaycan tarixinə əbədi yazılan General-mayor Polad Həşimovun anım günündə belə bir ağacəkmə aksiyasını keçirilməsini özlərinə vətəndaşlıq, soydaşlıq borcu hesab ediblər.



İcraçı direktor onu da qeyd edib ki, bu sayaq İctimai, mədəni əhəmiyyətli tədbirləri gerçəkləşdirməkdə əsas məqsəd Cənab Ali Baş Komandan İlham Əliyevin Milli Qəhrəmanlara və onların ailə üzvlərinə diqqət və qayğı yönümündə dövlət tərəfindən görülən uğurlu işlərə vətəndaş cəmiyyəti töhvəsini verməkdir.

Qurum rəsmisi Birlik tərəfindən gələcəkdə də İctimai, siyasi, mədəni, kütləvi, mənəvi dəstək ruhlu, tədbir və layihələrin davam etdiriləcəyini xüsusi olaraq vurğulayıb.















Azvision.az



Teqlər: PoladHəşimov  





Xəbər lenti