Rövşən Muradov BMT-nin Cenevrə ofisinin baş direktoru ilə görüşüb

Rövşən Muradov BMT-nin Cenevrə ofisinin baş direktoru ilə görüşüb
  13 İyul 2021    Oxunub:1390
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin baş direktoru xanım Tatyana Valovaya ilə görüşüb.
Mərkəzdən Azvision.az -a bildiriblər ki, görüşdə mövcud tərəfdaşlıq müzakirə edilib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir sıra konfranslarına verdiyi dəstəyə və iştirakına görə Mərkəzin həmsədrləri adından xanım Tatyana Valovayaya təşəkkür ifadə olunub.

Xanım Tatyana Valovaya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin son təşəbbüsləri, xüsusən də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr haqqında məlumat verərək, yeni nəşr olunmuş hesabatı təqdim edib.

Baş katib Rövşən Muradov, o cümlədən 2021-ci ildə keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı Forumuna xüsusi dəvətnaməni təqdim edərək, foruma hazırlıq məsələləri və müzakirə mövzuları ilə bağlı məlumat verib.

Növbəti görüş baş direktorun ofis rəhbəri David Çikvaidze ilə keçirilib. Görüşdə tərəflər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini və BMT-nin Cenevrə ofisinin bu təşəbbüslərə cəlb olunmasını müzakirə ediblər.

Azvision.az



Teqlər: BMT  





Xəbər lenti