Bakı, Şirvan və Hacıqabulda su olmayacaq

Bakı, Şirvan və Hacıqabulda su olmayacaq
  14 İyul 2021    Oxunub:1789
Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azvision.az -a “Azərsu” ASC-dən məlumat verilib. Məlumata görə, fasilə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


Azvision.az


Teqlər: Azərsu  



Xəbər lenti