“Azeri Light” 76,70 dollara satılır

“Azeri Light” 76,70 dollara satılır
  14 İyul 2021    Oxunub:571
Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,09 dollar geriləyərək 76,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar ucuzlaşaraq 75,08 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,65 dollar artaraq 76,70 dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti