Prokuror Qarabağda döyüşən xarici vətəndaşa 11 il iş istədi

   Prokuror Qarabağda döyüşən xarici vətəndaşa 11 il iş istədi
  14 İyul 2021    Oxunub:829
Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azvision.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçinin çıxışında bildirib ki, Dubakov cəzasını çəkib başa çatdırdıqdan sonra Azərbaycanın hüdudlarından çıxarılsın.

Prosesdə daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, çıxışında E. Dubakovun Ermənistan tərəfdən işğalda olan Azərbaycan ərazilərində hərbi təlimlərə cəlb edildiyini, lakin Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmədiyini bildirib: "Bu faktın Dubakovun işində yüngülləşdirici hal kimi qəbul olunmasını xahiş edirik".

Məhkəmə Eduard Dubakova son sözə hazırlaşmaq üçün vaxt verib. Proses iyulun 22-də davam edəcək.

Azvision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti