Vətən Müharibəsi qəhrəmanları ilə bağlı yeni qanun hazırlanacaq

   Vətən Müharibəsi qəhrəmanları ilə bağlı yeni qanun hazırlanacaq
  16 İyul 2021    Oxunub:996
Nazirlər Kabineti “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı qərar qəbul edib.
Azvision.az -ın məlumatına görə, Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, təhsil müəssisələrində milli qəhrəmanlara, şəhidlərə, müharibə iştirakçılarına aid stendlər, guşələr, muzeylər təşkil olunacaq.

Eyni zamanda qərara əsasən, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası "Azərbaycanın Vətən Müharibəsi qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflər hazırlayacaqlar.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasına bu qanun layihəsini 2022-ci ilə qədər hazırlamaq tapşırılıb.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti