Qubadlıda silah-sursat aşkar edilib- FOTO

Qubadlıda silah-sursat aşkar edilib-    FOTO
  16 İyul 2021    Oxunub:1255
Azad edilmiş Qubadlı rayonu ərazisində silah-sursat aşkar edilib.
Azvision.az - a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu gün keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 14 ədəd müxtəlif növ qumbara və alışqanları, 41 ədəd qumbaraatan mərmisi, 1 ədəd avtomat, 3 ədəd avtomat darağı və 4313 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.





Azvision.az



Teqlər: Qubadlı   silah  



Xəbər lenti