Həkimi şantaj edən reket jurnalistin səs yazısı yayıldı - FOTO+VİDEO
Akif Əyyubov pul vermək imkanının olmadığını bildirdikdən sonra onlar arasında mübahisə yaranıb və Hacı İbrahim onu şantaj edib.
Baku TV Hacı İbrahimlə əlaqə saxlasa da, o, şikayətçini tanımadığını bildirib.
Qeyd edək ki, “Korrupsiyaya son” MMC-nin təsisçisi və direktoru İsmayılov İbrahim Vaqif oğludur. O, 2010-cu ildə “Bakısərnişinnəqliyyat” MMC-nin əməkdaşını şantaj etdiyinə görə saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 29, 178.2.1 və 310-cu maddələri ilə cinayət işi qaldırılıb. O, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Şəhid ailələrinə müraciət edərək onların övladları barədə məlumat hazırlayacaqlarını deyən və həmin ailələrdən bunun qarşılığında pul tələb edən “Şəhid” TV də görünür ki, bu qəzetə məxsusdur. Və bu kanalın direktoru isə Vüqar Abbasovdur.
Teqlər: