Suraxanıda birmərtəbəli evdə yanğın olub

Suraxanıda birmərtəbəli evdə yanğın olub
  16 İyul 2021    Oxunub:924
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli üç otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, mənzilin otaqlarından birinin yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Suraxanı  



Xəbər lenti