"Azərsu" bayramda gücləndirilmiş rejimdə işləyəcək
İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 votsap nömrəsi və facebook sosial şəbəkəsi vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər.
“Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək” - “Azərsu”dan bildirilib.
Azvision.az
Teqlər: Azərsu







Vaxtında, Aydın, Lazımlı!


