Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib

Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib
  18 İyul 2021    Oxunub:1134
Azərbaycanda işgüzar səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Şəhidlər xiyabanını ziyarət edib.
Azvision.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

"Bakıda Şəhidlər Xiyabanında Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.

Təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz bölgəsi Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz hissəsidir. Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir"- Şarl Mişel özünün tvitter hesabında qeyd edib.



Azvision.az



Teqlər: ŞarlMişel  





Xəbər lenti