Yol polisi reyd keçirib

Yol polisi reyd keçirib
  18 İyul 2021    Oxunub:1365
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX alayının əməkdaşları tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbir keçirilib.
BDYPİ-dən Azvision.az -a verilən məlumata görə, yol-patrul xidməti əməkdaşları bayram ərəfəsində respublikanın avtomobil yollarında profilaktiki işləri davam etdirir. Bu məqsədlə BDYPİ-nin Yol Partul Xidməti (YPX) alayının Bakı-Qazax yolu üzərində yerləşən stasionar postunda 7-ci tağımının əməkdaşları magistral yollarda sərnişindaşımanın, yükdaşımanın, minik avtomobillərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində reydlər keçirib. Tədbirin məqsədi bayram günlərində paytaxtdan regionlara avtomobil axınının intensivləşməsi yollarda sıxlığın yaranmasına səbəb olduğundan yollarda manevr qaydalarını düzgün yerinə yetirməyən, sürət həddini aşan, sərxoş halda avtomobilləri idarə edən sürücüləri müəyyən etmək, yorğun və yuxusuz vəziyyətdə avtomobilləri idarə edən sürücülərə xəbərdarlıq etmək, onlarla profilaktik söhbətlər aparmaqdır. Ümumiyyətlə yorğun və yuxusuz olan sürücülərə stasionar postlarda müvəqqəti istirahət etmələri təklif olunur.

Eyni zamanda, təhlükəsizlik kəmərlərindən istifadə etməyən, yollarda ötmə əməliyyatını düzgün yerinə yetirməyən, həmçinin avtomobili sərxoş halda idarə edən sürücülər barəsində müvafiq tədbirlər həyata keçirilib.

Azvision.az



Teqlər: Polis  





Xəbər lenti