Hindistanda torpaq sürüşməsi - 25 nəfər ölüb

Hindistanda torpaq sürüşməsi -    25 nəfər ölüb
  18 İyul 2021    Oxunub:1036
Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbayda 25 nəfər torpaq sürüşməsi nəticəsində ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Hindustan Times qəzeti hökumətə istinadən yazıb.

Daha əvvəl ANI agentliyi torpaq sürüşməsi nəticəsində Çembur ərazisində gecəqonduda yaşayan 17 nəfərin öldüyünü bildirmişdi.

Qəzet qeyd edir ki, sürüşməyə səbəb güclü yağışların yağması olub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: sürüşmə   Hindistan  



Xəbər lenti