DSMF sədri şəhid Ramil Ağayevin ailəsi ilə görüşüb

DSMF sədri şəhid Ramil Ağayevin ailəsi ilə görüşüb
  20 İyul 2021    Oxunub:1342
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Vətən müharibəsində şəhid olmuş Ağayev Ramil Ağarəhim oğlunun ailə üzvləri ilə görüşüb.
Fonddan Azvision.az -a verilən məlumata görə, Ramil Ağayevin ailəsinin sosial vəziyyəti öyrənilib.

Görüşdə ailəyə Vətən müharibəsi iştirakçıları, qazi və şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı bildirilib.

Qeyd edək ki, Ramil Ağayev 13.10.2020-ci il tarixdə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.







Azvision.az



Teqlər: DSMF   RamilAğayev  





Xəbər lenti