Rusiyanın Baş prokuroru Kamran Əliyevi təbrik edib

Rusiyanın Baş prokuroru Kamran Əliyevi təbrik edib
  20 İyul 2021    Oxunub:1087
İyulun 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı olub.
Baş Prokurorluqdan Azvision.az - a verilən məlumata görə, İqor Krasnov zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Baş prokuror Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirib.

Ölkə başçılarının rəhbərliyi altında ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Başprokuror   KamranƏliyev  



Xəbər lenti