Son sutkada peyvənd olunanların sayı açıqlanıb

Son sutkada peyvənd olunanların sayı açıqlanıb
  20 İyul 2021    Oxunub:762
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 036 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 370 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 383 875, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 591 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 792 209 təşkil edir.

Azvision.az



Teqlər: Peyvənd  





Xəbər lenti