Komitə sədri German Zaxaryayevə medal verdi

Komitə sədri German Zaxaryayevə medal verdi
  21 İyul 2021    Oxunub:1322
Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, dağ yəhudilərinin STMEQİ Beynəlxalq xeyriyyə fondunun prezidenti German Zaxaryayevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsis olunmuş “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.
Azvision.az STMEQİ-yə istinadla xəbər verir ki, bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsində STMEQİ-nin rəhbəri German Zaxaryayevlə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov arasında görüş olub. Həmin görüşdə Fuad Muradov German Zaxaryayevə “Diaspor fəaliyyətində xidmətə görə” medalını təqdim edib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl German Raşbiloviçin 50 yaşı tamam olub.
“STMEQİ” Beynəlxalq Fondunun rəhbəri Rusiyada Azərbaycan diasporunun inkişafına əhəmiyyətli töhfə verib, həmçinin Azərbaycanda dağ yəhudiləri irsinin tarixi və mədəni müxtəlifliyinin qorunub saxlanılması üçün çoxsaylı layihələr reallaşdırıb.

Azvision.az


Teqlər: Diaspora  





Xəbər lenti