Polis Siyəzəndə maska taxmayanları cərimələdi

Polis Siyəzəndə maska taxmayanları cərimələdi
  21 İyul 2021    Oxunub:1184
Siyəzən rayonunda koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.
Azvision.az xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maarifləndirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.

Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.





Azvision.az


Teqlər: Maska  





Xəbər lenti