Azərbaycanlı boks hakim və həkimi Tokio-2020-yə dəvət aldı

Azərbaycanlı boks hakim və həkimi Tokio-2020-yə dəvət aldı
  22 İyul 2021    Oxunub:1055
Beynəlxalq Olimpiya Komitəsi (IOC) azərbaycanlı boks hakiminə və həkiminə etimad göstərib.
Azərbaycan Boks Federasiyasından Azvision.az -a verilən məlumata görə, IOC iki şəxsi Tokio Yay Olimpiya Oyunlarına dəvət edib.

İyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək boks yarışlarında ədaləti qoruyacaq referilər arasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da olacaq.

Olimpiadanın boks yarışlarında isə Leyla Nəsirova həkim kimi çalışacaq.

Qeyd edək ki, yığma Tokio-2020-də 5 boksçu ilə mübarizə aparacaq. Ölkənin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaq.

Azvision.az



Teqlər: Boks  



Xəbər lenti