Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır - YENİLƏNİB

 Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır -  YENİLƏNİB
  22 İyul 2021    Oxunub:2164
Agcabədidə küçəyə atılan təzə doğulmuş körpənin vəziyyəti normaldır.
Azvision.az xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, məsələ qurumun nəzarətindədir.

"Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasıda müayinə olunur, bütün lazımı tədbirlər də görülür".

****
Ağcabədidə təzə doğulmuş körpə küçəyə atılıb. 200 qram çəkisi olan körpənin boyu 48 sm-dir.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Körpə bu gün 08:30 radələrində təcili yardımla Ağcabədi Mərkəzi rayon xəstəxanasına gətirilib. Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.



Aytən Zəhra
Azvision.az


Teqlər: Körpə  



Xəbər lenti