Prokurorluq 6643 müraciətə izahat verib

Prokurorluq 6643 müraciətə izahat verib
  22 İyul 2021    Oxunub:1838
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, bu günün rəqəmi 6643-dür.

Belə ki, 2021-ci ilin I yarımili ərzində 6643 halda Baş Prokurorluğun “961” nömrəli “Çağrı Mərkəzi”nə müraciət etmiş vətəndaşlara müvafiq hüquqi izahlar verilmişdir.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.



Azvision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti